Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Babək və Şahbuz rayonlarında hərbi sursatlar aşkar edilib
Babək və Şahbuz rayonlarında müxtəlif ərazilərdə hərbi sursatlar aşkar edilib.
Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən ayrı-ayrı vaxtlarda Babək və Şahbuz rayonlarında müxtəlif ərazilərdə hərbi sursatların aşkar edilməsi barədə məlumatlar daxil olub.
Məlumatlarla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb ediliblər.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd 76 mm-lik BR-350 və 1 ədəd 85 mm-lik BR-365 zirehdələn top mərmisi, 2 ədəd PQ-7 idarə olunmayan raketin mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd tüstü şaşkası, 10 ədəd PK silahının 7.62 mm-lik mərmisi, 23 ədəd 5.45 mm-lik mərmi, 29 ədəd AKM-74 silahının 7.62 mm-lik mərmisi, 1 ədəd 30 mm-lik AQS-17 silahının mərmisi, 1 ədəd RPQ-7 qumbarası, 2 ədəd 100 mm-lik top mərmisi və 1 ədəd 30 mm-lik AQS-17M silahının mərmisi olduğu müəyyən edilib.
Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb.

"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- General Şahin Mirzəyevin işi təftiş edilir?
- Ağdamda sinəsinə armatur batan şəxs ÖLDÜ
- Məhkəmə qayınatasını 12 bıçaq zərbəsi ilə qətlə yetirən FHN əməkdaşı barədə QƏRAR VERDİ
- Sumqayıtda partlayışla nəticələnən YANĞIN: Xəsarət alan var
- "Yaşadığımız bina qəsdən yararsız hala salınır" - Səbaildən ŞİKAYƏT