Bakının Xəzər rayonunda dənizdə batan bacı və qardaş barədə bəzi təfərrüatlar məlum olub.
Oxu.Az-ın məlumatına görə, ötən gün saat 16:00 radələrində Fövqalədə Hallar Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində iki nəfərin batması barədə məlumat daxil olub.
FHN-nin xilasediciləri tərəfindən xilasetmə məntəqəsindən 800 metr sağ tərəfdə 1997-ci il təvəllüdlü Mahmudova Gülnar Əvəz qızı və Əliyev Əliağa Əvəz oğlunun cəsədləri tapılıb.
Boğulanlar ailəvi istirahətə gəliblər. 21 yaşlı Gülnar Mahmudova ailəli imiş. Cəsədlərinin tapıldığı ərazidə skuter olub, amma onların onu sürüb-sürməməkləri barədə məlumat yoxdur.
04.08.2018 23:24
Bakının Xəzər rayonunda dənizdə iki nəfər batıb.
FHN-dən Oxu.Az-a verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə dənizdə nəzarətsiz ərazidə 2 nəfərin batması barədə məlumat daxil olub.
Xilasetmə qüvvələri 1997-ci il təvəllüdlü Mahmudova Gülnar Əvəz qızı və Əliyev Əliağa Əvəz oğlunun cəsədlərini taparaq sudan çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.
Hadisə ilə bağlı araşdırma aparılır.
Batan şəxslərin bacı-qardaş olduğu bildirilir.
İlhamə Əbülfət
www.oxu.az