Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bağça müəllimi uşaqları təhqir edib videoya çəkdi, səhvən valideynlərə göndərdi
Bakı şəhəri, Suraxanı rayonunda yerləşən 331 saylı uşaq bağçasının müəllimi uşaqları təhqir edib.
Oxu.Az-ın məlumatına görə, bağça müəllimi valideynlərin qrupuna şəkil yollamaq istəyərkən səhvən uşaqları təhqir etdiyi videonu göndərib.
Bu zaman onun uşaqlarla necə davrandığı ortaya çıxıb.
Bakı Şəhər İcra Hakimiyyətinin Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakıdakı uşaq bağçasında uşaqları təhqir edən müəllim işdən çıxarılıb:
“Bağça müdirinə isə töhmət verilib”.
İlhamə Əbülfət
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər