Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bahar Muradovadan məişət zorakılığı ilə bağlı AÇIQLAMA
"Məişət zorakılığı ilə bağlı növbəti dönəm üçün yeni fəaliyyət planı üzərində işləməliyik".
"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Vəkillər Kollegiyası ilə birlikdə vəkillər və hakimlər üçün keçirilən "Məişət zorakılığı ilə mübarizə və məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış" mövzusunda təlimdə deyib.
O qeyd edib ki, məişət zorakılığı ağır sosial bəladır:
"Bu istiqamətdə əsas hüquqi baza "Məişət zorakılığı haqqında" qanundur. Lakin növbəti dönəm üçün daha çox addımların atılması vacibdir. Bu sahə ilə bağlı altı qanuna və beş fərmana dəyişikliklər edilib. Bunları inqilabi dəyişikliklər hesab etmək olar".
"Məişət zorakılığı" teqi üzrə xəbərlər
- Tanınmış plastik cərrahın qətlinin DETALLARI: Əri xadimə ilə xəyanət edib
- Uşaqlıq travmaları təhlükəli xəstəliklərə səbəb ola bilər
- Azərbaycanda 38 kişi məişət zorakılığına MƏRUZ QALIB
- Məişət zorakılığına məruz qalan şəxslərin məlumat bankı yaradılacaq
- Hollivudda qalmaqal: "Casus uşaqları 3: Oyun bitdi"nin ulduzu sevgilisini və uşağını döyüb
Rəylər