Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Zarat qəsəbəsindəki qəza Müşfiqabadı susuz qoydu
Son üç gündür ki, Bakı şəhərinin Qaradağ rayonunun Müşfiqabad qəsəbəsinin 10 mindən çox sakini ciddi su qıtlığı ilə üzləşib.
Oxu.Az xəbər verir ki, ötən gün İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin yaydığı rəsmi məlumatda suyun verilişinin axşam saatlarında tam bərpa olunacağı vurğulansa da, bu gün də qəsəbə ərazisinə içməli su verilməyib.
İşlərin nə yerdə olması ilə bağlı bu gün qurumdan Oxu.Az-a verilən məlumata görə, magistral içməli su xəttinin Zarat qəsəbəsindən keçən hissəsində baş vermiş qəza artıq aradan qaldırılıb və təmir işləri tam yekunlaşıb.
"Artıq anbarlar dolur. Bu gün axşam suyun verilişi bərpa olunacaq. Saat 18:00-dan suyun hissə-hissə verilməsi təmin olunacaq", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Müşfiqabad qəsəbəsinin sakinləri neçə gündür qəsəbədə içməli su təminatının tamamilə dayandırılmasından narazılıqlarını bildiriblər.
Əzizə İsmayılova
Rəylər