Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakimlər ezam edildilər
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakimlər ezam ediliblər.
"Qafqazinfo"nun məlumatına görə, məhkəmədəki hakim çatışmazlığı ilə bağlı belə qərar qəbul edilib.
Ezam edilənlər Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərli və Binəqədi Rayon Məhkəməsinin hakimi Aygün Qurbanovadır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev isə Suraxanı Rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, bir müddətdir Ağır Cinayətlər Məhkəməsindəki proseslərin çoxu keçirilmir. Buna səbəb isə 2 hakimin yuxarı instansiyaya təyinat alması, birinin təqaüdə getməsi, başqa bir hakimin isə futbol oynayarkən qəfil ölməsidir.
Fotoda Samir Əliyev
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- "İnterAz"ın rəhbəri Mətləb Bağırovun cəzası BƏLLİ OLDU
- Zərərçəkən təqsirləndirilən şəxsi ağır formada təhqir etdi - 186 minlik cinayət işi
- Hipermarketə silahlı basqın etməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar verilib
- Talassemiyalı uşaqlarla bağlı məhkəmə prosesinə həkimlərin çağırılması ilə bağlı vəsatət verilib
- Azyaşlı əlil uşağı işgəncə ilə qətlə yetirənə ağır cəza istənildi