Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə 7, 8, 14 və 15 dekabr tarixlərində əlavə reyslər təyin edib.
Oxu.Az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə də hər gün hər iki istiqamətə səfər etmək mümkündür.
"Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), "ADY Mobile" tətbiqindən və ya bütün günü fəaliyyət göstərən "1822" Əlaqə Mərkəzindən əldə edə bilərsiniz", - deyə məlumatda qeyd edilib.
"Azərbaycan Dəmir Yolları QSC (ADY)" teqi üzrə xəbərlər
Ən çox oxunanlar