Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Fuad Hüseynov: "Qərbi azərbaycanlılarla bağlı məlumatlar elektronlaşdırılır"
"Qərbi azərbaycanlılarla bağlı məlumatların elektronlaşdırılması istiqamətində işlər aparılır".
"Report" xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov parlamentdə keçirilən "Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış" mövzusunda dinləmədə deyib.
Onun sözlərinə görə, Ermənistandan deportasiyaya məruz qalmış azərbaycanlıların orada vaxtilə yaşadıqlarını təsdiq edən şəxsiyyət, mülkiyyət, əmək kitabçaları və s. sənədlərin arxiv fondlarından və şəxsi arxivlərdən toplanmasına başlanılıb:
"Sənədlərin ərazi prinsipi üzrə sistemləşdirilməsi, vahid arxiv fondunun yaradılması işinə başlanılıb və bununla bağlı komitədə müvafiq komissiya yaradılıb. Məlumatların elektronlaşdırılması, elektron domen vasitəsilə təqdim olunması istiqamətində işlər aparılır. Əminliklə bildirmək istərdik ki, Qərbi Azərbaycana qayıdışın gerçəkləşəcəyi gün uzaqda deyil".
"Qərbi Azərbaycan İcması (QAİ)" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan Xronikası: Artalas, Artız, Artik və Artik vəng - türk tarixinin izi
- Əziz Ələkbərli: "Azərbaycanı ittiham etməyə, Ermənistanı sülh göyərçini kimi göstərməyə çalışırlar"
- Qərbi Azərbaycan Xronikası: "Erməni düşüncəsinə görə, Türk öldürülməlidir"
- Qərbi Azərbaycan İcması: "Döyçe Velle" jurnalistika standartlarını kobud şəkildə pozdu"
- Qərbi Azərbaycan İcması Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb