Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Kanada ABŞ ilə sərhədin mühafizəsini gücləndirəcək
Ottava ABŞ-yə qeyri-qanuni miqrasiya axınını azaltmaq üçün sərhəd nəzarəti tədbirlərini gücləndirəcək.
Oxu.Az xəbər verir ki, Kanadanın ictimai təhlükəsizlik naziri Dominik Leblan CBC telekanalına müsahibəsində əvvəllər şimaldan gələn bütün mallara 25% ticarət rüsumu tətbiq edəcəyini vəd edən yeni seçilmiş ABŞ Prezidenti Donald Trampla ölkənin Baş naziri Castin Trüdonun görüşünü şərh edib.
"Onlar (Tramp və Trüdo) enerji təhlükəsizliyi, boru kəmərləri, dünyadakı münaqişələr, Çin, həmçinin rüsumların tətbiqi təhlükəsi, sərhəddəki cari fəaliyyətlərimiz və görməyi planlaşdırdığımız əlavə tədbirləri müzakirə ediblər", - deyə o bildirib.
Leblan əlavə edib ki, yeni nəzərəçarpan addımların növbəti həftələrdə atılması planlaşdırılır. "Biz əlavə pilotsuz uçuş aparatları, əlavə polis helikopterləri, əlavə sərhəd xidməti şəxsi heyətini yerləşdirməyi planlaşdırırıq", - deyə nazir qeyd edib.
"Kanada" teqi üzrə xəbərlər
- ABŞ Kanadaya qarşı rüsumların tətbiqini dayandırır
- Kanadadan ABŞ-yə cavab gəldi: Qadağa və məhdudiyyətlər tətbiq ediləcək
- Trampın rüsumları əks-təsir verdi: Amerikalılar indidən "ağrı hiss edirlər"
- Kanadada ABŞ dövlət himnini fitə basdılar
- Tramp: "Kanada vergiləri azaltmaq və gömrük rüsumlarından azad olmaq üçün ABŞ-yə birləşməlidir"