“Lonely Planet” turizm portalı səyahətlər üçün Avropada ən yaxşı yerlərin onluğunu tərtib edib.
Oxu.Az xəbər verir ki, Azərbaycanın paytaxtı Bakı şəhəri reytinqdə 7-ci yerdədir.
Reytinqdə birinci yeri İslandiyanın Akyureyri şəhəri tutur.
“Lonely Planet”in versiyasına görə Avropada ən yaxşı yerlərin onluğu
| № | Şəhər/yer | Ölkə |
| 1 | Akyureyri | İslandiya |
| 2 | Leyptsiq | Almaniya |
| 3 | Azor adaları | Portuqaliya |
| 4 | Malaqa | İspaniya |
| 5 | Belqrad | Serbiya |
| 6 | Pyemont | İtaliya |
| 7 | Bakı | Azərbaycan |
| 8 | Amsterdam | Niderland |
| 9 | Tromse | Norveç |
| 10 | Porto | Portuqaliya |