Bakıda yağan yağış paytaxt küçələrində bir sıra fəsadlar yaradıb.
Oxu.Az xəbər verir ki, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, gecə yağan güclü yağış səbəbindən bu gün paytaxtın Heydər Əliyev prospekti (şəhər istiqaməti), Babək prospekti (şəhər istiqaməti), Yusif Səfərov küçəsi (şimal istiqaməti) və Badamdar şossesində (şəhər isitqaməti) tıxac müşahidə olunur.
Su ilə dolmuş yolla hərəkət edən avtomobillərin bəzilərinin mühərriki sönüb və onlar yolda qalıb.
Sürücülərə bu yollardan mümkün qədər az istifadə etmələri tövsiyə olunur.