Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakı dünyanın ən qeyri-adi memarlığa malik şəhərləri siyahısında
Rusiyanın nüfuzlu “RBK Nedvijimost” saytı dünyanın ən qeyri-adi memarlığa sahib yeddi şəhərinin siyahısını hazırlayıb.
Oxu.Az xəbər verir ki, nəşr siyahıda yer alan şəhərləri səyahətçilər və qeyri-adi memarlıq nümunələrini sevənlər üçün əsl “maqnit” adlandırıb və növbəti səfərləri zamanı sözügedən şəhərlərə nəzər salmağı tövsiyə edib.
Nəşrin siyahısına paytaxtımızın – Bakı şəhərinin də adı daxil edilib. Bakı ilə yanaşı, Barselona, İstanbul, Roma, Şanxay, Mərrakeş və Oksford şəhərləri də dünyanın ən qeyri-adi memarlıq üslubuna sahib şəhərləri sırasında yer alıb.
Siyahıda Bakı şəhəri bu sözlərlə təsvir edilib:
“Bakı - Şərqlə Qərbin çalarlarının bir-birinə qarışdığı çoxmillətli və çoxmədəniyyətli bir şəhərdir. Təəccüblü deyil ki, burada vahid memarlıq konsepsiyası formalaşmayıb. Şəhər milli memarlıq elementləri ilə birləşdirilmiş barokko, qotika, konstruktivizm, klassik və müasir olmaqla bir çox fərqli üslubu özündə cəmləşdirib. Bələdçilər bütün turistlərə İçərişəhərin orta əsrlərə aid küçələrində gəzintiyə çıxmağı və məşhur Qız Qalasını seyr etməyi məsləhət görürlər. Bununla yanaşı, eramızdan əvvəl VII - VI əsrlərə aid bəzi tikililər burada qorunub saxlanıb. Zaha Hadidin layihəsi əsasında tikilən Heydər Əliyev adına Mərkəzə və şəhərin, demək olar ki, istənilən yerindən görünən “Alov qüllələri” ultramüasir memarlıq kompleksinə xüsusi diqqət yetirilməlidir”.
Rəylər