Bakı-Ələt magistralında piyadalar və sürücülər üçün təhlükə yaranıb.
Sakinlər deyirlər ki, yolun Qobustan qəsəbəsindən keçən hissəsinin kənarındakı hasar aşmaq üzrədir.
Xezerxeber.az-ın məlumatına görə, səki olduqca balaca, hasar isə yolun hərəkət hissəsinə yaxındır. Bu isə o deməkdir ki, hasar piyadalarla yanaşı, avtomobillərin də üzərinə aşa bilər. Hasarın digər hissələrində də çatlar əmələ gəlib.
Məlumata görə, həmin hasar illər əvvəl tikilib. Üstəlik, üzərinə örtək daşları vurulub. Bu səbəbdən hasarın yükü də artıb.
Problem ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, həmin hasar agentlik tərəfindən tikilməyib və qurumun balansında deyil.
Ətraflı süjetdə:
Bakı-Ələt magistralında təhlükə YARANDI
Rəylər