Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakı ifrat təhlükəli hidrometeoroloji hadisəyə hazırdırmı?
Ölkə ərazisində yanvarın 16-dan 17-ə keçən gecədən başlayaraq 18-i gündüzədək gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti gücləndirilmiş iş rejiminə keçib.
Bunu Oxu.Az-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib.
Onun sözlərinə görə, BŞİH-nin tabeliyində olan bütün qurumlar gücləndirilmiş iş rejimində işləyəcəklər:
“Bütün qurumların nümayəndələri ilə bir neçə dəfə müşavirə keçirilib. İşçilər xüsusi rejimdə işə keçirlər. Xüsusi qruplar yaradılır ki, şəhərdə nəzarət gücləndirilsin”.
İsrafil Kərimov qeyd edib ki, BŞİH-nin texnikaları hazır vəziyyətə gətirilib:
“Hər hansı bir problem yaranarsa, dərhal tədbirlər görüləcək. BŞİH-nin texnikasından əlavə olaraq, rayon icra hakimiyyətlərinin müvafiq idarələrinin və təşkilatlarının texnikası hazır vəziyyətə gətirilib”.
İlhamə Əbülfət
Rəylər