Bu gün Konstitusiya Məhkəməsinin və Qoşa Qala qapısının qarşısında, Gənclər meydanında İlaxır çərşənbə günü münasibətilə bayram konserti keçiriləcək.
Oxu.Az xəbər verir ki, xalqımızın milli adət-ənənələrinə uyğun olaraq, baharın gəlişi – Novruz bayramı ilə əlaqədar İlaxır çərşənbə münasibətilə martın 17-də saat 11.00-da Azneft meydanından dəvələrdən ibarət karvanla Suraxanı rayonu Atəşgah məbədinə hərəkət etməyə başlayıb.
Milli geyimli oğlan və qızlar musiqi sədaları altında Novruz personajlarının iştirakı ilə gətirdikləri odla saat 19.00-da Qoşa Qala qapısının qarşısındakı Gənclik meydanında tonqal yandırılacaq.
İlaxır çərşənbə münasibətilə incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq təşkil ediləcək.
Vətəndaşlar konsertə və atəşfəşanlığa dəvət edilir.
Bayramınız mübarək olsun !
E.Ə.
Foto: Nüsrət Abdullayev
www.oxu.az