Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakı İstintaq Təcridxanasına giriş qaydaları DƏYİŞİB?
Bakı İstintaq Təcridxanasına daxil olmaq üçün vəkillərdən artıq təkcə vəkil vəsiqəsi deyil, həm də şəxsiyyət vəsiqəsi tələb olunur.
Oxu.Az xəbər verir ki, bu məlumat sosial şəbəkədə vəkillər arasında müzakirə mövzusu olub.
Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qaydalarda hər hansı bir dəyişiklik yoxdur.
"Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə əsasən, vəkil və ya hüquqi yardım göstərmək hüququna malik olan digər şəxs cəzaçəkmə müəssisəsinə onun şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədi təqdim etdikdə buraxılır.
Şəxsiyyət vəsiqəsi isə qanunvericiliyə əsasən, hər zaman tələb olunub", - deyə məlumatda bildirilib.
Əzizə İsmayılova
"Ədliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Məhkumlara yaradılan şərait: Səsvermə prosesindən görüntülər
- Yeni sosial islahat paketi: Azərbaycanın növbəti uğuru
- Ədliyyə Nazirliyinin sabiq əməkdaşı cinayət məsuliyyətinə cəlb edildi
- Bəzi qurumların dövlət qulluqçusu olmayan mülki işçilərinin maaşları artırıldı
- Penitensiar Xidmət və Tibb baş idarəsinin bəzi əməkdaşlarının əməkhaqqıları artdı
Rəylər