Bakının “909” kafesində dekabr ayının 3-də dava düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a Binəqədi rayon polis idarəsində bildiriblər.
Xəbər verilib ki, saat 20.00-da Binəqədi şossesi 54-də yerləşən kafedə 1981-ci il təvəllüdlü Ağayev Nurlan Vaqif oğlu və onun üç tanışı dava salıblar. Saatın elə də gec olmamasına baxmayaraq kafe müştəriləri artıq sərxoş olublar.
Gənclər elə qəzəbləniblər ki, hətta kafenin admnistratoru 1980-ci il təvəllüdlü Rüstəmov Səməndər Nihat oğlunu və musiqiçiləri də döyüblər. Bundan başqa onlar musiqi alətlərini sındırıblar. Hətta görmə qüsurlu sintizatorçuya da əl qaldırıblar. Xuliqanlar onun sintizatorunu sındırıblar.
Binəqədi rayonunun 4-cü polis bölməsində bildiriblər ki, fakt üzrə saxlanılan yoxdur.
Xuliqanlardan izahatnamə alıblar. Dindirilmə zamanı:
“Musiqiçiləri niyə döymüsüz?” sualına, dava salanlardan biri: “Onlar səhv ifa edirdilər” cavabını verib.