K.Səfərəliyev küçəsi ilə gedənlər Nizami küçəsinə dönərək Y.Səfərov küçəsinə qədər gedə bilirdilər.
Oxu.Az Day.az-a istinadən xəbər verir ki, indi sürücülər bu yolda yalnız irəli hərəkət etməlidirlər, çünki K.Səfərəliyev və Nizami küçələrinin kəsişməsində işıq dirəyinə “Düz hərəkət” işarəsi vurulub.
Eyni zamanda, hərəkət yolunda sola dönmə işarəsi pozulub.
Amma bir sıra sürücülər Nizami küçəsinə getmək üçün köhnə adətləri üzrə K.Səfərəliyev küçəsindən sola dönürlər. Amma əgər bu səhv bilməyərəkdən də edilirsə bu, qanun pozuntusudur, qanun pozuntusu isə cəzalandırılmalıdır. “Başıbəlalı” Nizami küçəsində yol-patrul xidmətinin əməkdaşları növbə çəkir. Qanunu pozanları anında saxlayıb məsuliyyətə cəlb edirlər.
Yeri gəlmişkən tətbiq edilən yeniliyin səbəbi Nizami küçəsində nəqliyyat gərginliyinin aradan qaldırılmasıdır.
İnspektor xəbərdarlıq edib ki, sürücülər vərdişlərindən əl çəkməyincə patrul öz postunu tərk etməyəcək.