Rəqqasə Oksana Rəsulova ona söz atanlara ismarış göndərib.
Oxu.Az xəbər verir ki, rəqqasə “Onlar” verilişinə müsahibəsində ona niyə rus adı qoyulmasından danışıb:
“Mən dünyaya gəlməmişdən əvvəl rəhmətə gedən babam anamın yuxusuna girib. Deyib ki, qızının adını Oksana qoyarsan.
Bizim nəsildə rus adı yoxdur. Anamın adı Rəhnumə, atamın adı isə Eyvazdır. Əslən azərbaycanlıyam. Şirvan şəhərində doğulmuşam. Atam Şabranlıdır. Anamın bir tərəfi Salyan, bir tərəfi isə Bakıdandır. Hətta anam məşhur Ağabəyovlar nəslindəndir.
Oksana onu başqa millətin vətəndaşı kimi adlandıran şou-biznesin bəzi nümayəndələrinə ismarış göndərib:
“Bu gündən sonra bilsinlər ki, mən kiməm. Mənə atamacalar atmasınlar. Yoxsa nəslim ayağa qalxar..”.
Aytən Sadıqzadə
www.oxu.az