Qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi ilə əlaqədar qazın verilişində fasilələr yaranacaq. Bununla əlaqədar, bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi ilə əlaqədar bu gün saat 12:00-dək Qəbələ rayonuna, saat 13:00-dan 15:00-dək Oğuz rayonunun bir hissəsinə, həmçinin qaz kəmərində təmir işlərinin aparılması ilə əlaqədar saat 18:00-dək Qaradağ rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.