Prodüser Tolikin rəqqasə Fatimənin müdafiəsinə qalxaraq məşhur rəfiqələr Natavan və Oksananın ünvanına “anası və atası azərbaycanlı olmayanlar, azərbaycanlılara söz atmayın” ifadəsi Oksananı əsəbiləşdirib.
Oxu.Az xəbər verir ki, Oksana Rəsulova İnstagram səhifəsində valideynlərinin fotolarını paylaşaraq aşağıdakı cümlələri qeyd edib:
“Gözəl valideynlərim... Allah bütün ana-atalara can sağlığı, uzun ömür versin. Atam Eyvaz və anam Rəhnumə həyatımda Allahımdan və Həzrəti Məhəmməddən sonra dəyər verdiyim insanlardır. Bəzilərinin nəzərinə çatdırmaq istəyirəm ki, adımın Oksana olmasına baxmayaraq mən sırf azərbaycanlıyam, bütün nəslim kimi. Bir də açıqlayım ki, anam məşhur Ağabəyovlar nəslindəndir. Bilməyənlər bilsin və artıq-əskik danışmasınlar”.
Aytən Sadıqzadə
www.oxu.az