Bakı-2015 Avropa Oyunları münasibətilə Bakıdakı yeni beynəlxalq hava limanı terminalından 2015-ci ilə dünyanın 50 şəhəri və 22 ölkəsi boyu 60 hava limanına uçuşları nəzərdə tutan uçuş qrafiklərinin artırılması nəzərdə tutulur.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Belek/Antalya, Türkiyədə 2014-cü ildə keçirilən SportAccord Konvensiyasının növbəti iclasında çıxışı zamanı məlumat verib.
“Hökumət oyunlar vaxtı istifadəsi mümkün olacaq çoxlu sayda irimiqyaslı daşınma layihələrinə, habelə metro və avtobus şəbəkələrinin yenilənməsinə böyük sərmayə yatırır.
İnvestisiya layihələri iki yeni yüksək texnoloji dəmiryolu xəttini – Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Qars xəttini və Bakıdakı yeni beynəlxalq hava limanı terminalı olan Bakı-Çin xəttini özünə daxil edir və 2015-ci ilə dünyanın 50 şəhəri və 22 ölkəsi boyu 60 hava limanına uçuşları nəzərdə tutan uçuş qrafiklərini artırmağı nəzərdə tutur”, – nazir Rəhimov bəyan edib.