"Bakı Metropoliteni gələn il daha 9 stansiyanın tikintisinə başlayacaq".
Oxu.Az-ın məlumatına görə, bunu "Bakı Metropoliteni" QSC-nin Tikinti Layihələrinin İdarəolunması Departamentinin rəis müavini Məmməd Rzayev deyib.

O bildirib ki, hazırda həmin stansiyaların layihələndirilməsi işləri gedir:
"Bu il layihələndirmə işləri başa çatacaq. 2026-cı ildə həmin 9 stansiyanın tikintisinə start veriləcək. Bu stansiyalar 2030-cu ilə qədər istifadəyə veriləcək".
Samir Əli