Ötən gün Bakı metrosunda qatar 15 dəqiqə geçikib.
Oxu.Az Milli.Az xəbər verir ki, buna səbəb isə qatarın qapısının zəncirinin çıxması olub.
Sərnişinlərdən biri həmin mənzərəni çəkərək Facebook sosial şəbəkəsində paylaşıb və həmin foto geniş müzakirəyə səbəb olub.
Məsələ ilə bağlı Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev ilə əlaqə saxlasaq da o, məzuniyyətdə olduğunu bildirdi.
“Hal-hazırda məzuniyyətdəyəm və hadisədən xəbərsiz olduğuma görə sizə heç bir açıqlama verə bilməyəcəm”.
