Sərnişinlər qatarların stansiyalara gec gəlmələrindən şikayət edirlər - Oxu.Az xəbər verir.
Sərnişinlərin sözlərinə görə, bu gecikmələr stansiyalarda insanların toplaşmasına, qatarda sıxlığın yaranmasına səbəb olur.
Vəziyyətdən göründüyü kimi, rəhbərliyin dəyişməsi yerli metropolitenin işinə təsir etməyib, gecikmələr və gərginlik davam edir. Deyəsən, yeni rəhbərlik qatarların gediş cədvəlindən daha çox, reklam lövhələrini və metroda alver məsələsini daha çox diqqətəlayiq hesab edir.