"Birbank"da bir sıra ödənişlərlə bağlı yaranan texniki nasazlıq tamamilə aradan qaldırılıb".
Oxu.Az xəbər verir ki, bu barədə "Birbank"ın açıqlamasında deyilir.
Qeyd olunub ki, hazırda müştəriləri xidmətlərdən tam kəsintisiz və rahatlıqla istifadə edə bilərlər:
"Yaranan narahatlığa görə təəssüf edir, müştərilərimizə anlayış göstərdikləri üçün təşəkkür edirik", - açıqlamada deyilir.
"Birbank" mobil tətbiqinin QR bilet ödəniş sistemində yaranmış texniki çətinlik metro stansiyalarında tam aradan qaldırılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Qeyd edək ki, axşam saatlarında metro stansiyalarında QR ödənişlərlə bağlı nasazlıq yaranmışdı.
Hazırda "Birbank" mobil tətbiqinin QR bilet ödəniş sistemində texniki çətinlik müşahidə olunur.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Məlumatda qeyd olunub ki, problemin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər aparılır və qısa müddətdə aradan qaldırılacaq:
"Sərnişinlərə yaranmış narahatlıqla bağlı müvəqqəti olaraq "BakıKart"ın mobil tətbiqi, "m10" elektron ödəniş sistemi və ya fiziki kartlardan istifadə etmələri tövsiyə olunur".
Bakı metropolitenində QR-kodla edilən ödənişlərdə problem yaşanır.
Bu barədə Oxu.Az-a sərnişinlər məlumat veriblər.
Onların sözlərinə görə, hazırda QR-kod ödənişlərindəki problemə görə, bəzi stansiyaların girişində sıxlıq müşahidə edilir.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu ünvanlanıb.
Məhərrəm Əliyev