Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Bakı Metropoliteni”ndən iddialara - CAVAB - VİDEO
“Bakı Metropoliteni” QSC metro stansiyalarının tikintisində heç bir təhlükəyə yol verməyib.
Oxu.Az-ın məlumatına görə, bunu “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, əgər tikinti işləri zamanı qaydalara ciddi riayət olunmasaydı, böyük sayda insan tələfatı olardı.
“Bunlar yoxdursa, demək, tikinti işləri bütün normalara uyğun aparılıb. Böhtan atmaqla deyil”.
QSC rəsmisi qeyd edib ki, metropolitenin elə bir sahəsi yoxdur ki, normadan artıq işlənməyə yol verilsin:
“Ümumiyyətlə, hərəkət təhlükəsizliyi ilə bağlı olaraq işçiləri iş saatından bir dəqiqədən də artıq saxlamağa ixtiyarımız yoxdur. Biz bu hallara yol verə bilmərik”.
Xatırladaq ki, bundan əvvəl yerli KİV-də metropoliten işçilərinin rəhbərlikdən şikayəti yer alıb.
Onlar iddia ediblər ki, metropolitendə işə qəbulda təcrübə və peşəkarlıq nəzərə alınmır.
Şikayətçilər bildiriblər ki, tuneldə və qatarda heç vaxt işləməmiş insanlar çalışırlar və onların fövqəladə hallarda qatarı necə idarə etməyi bilməmələri sərnişinlərin həyatını təhlükəyə atır.
İlhamə Əbülfət
Video : İlhamə Kələyeva, Valeh Arifoğlu
"Bakı" teqi üzrə xəbərlər
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
- Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib