Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakı metrosu gün ərzində neçə dəfə dezinfeksiya olunur? - AÇIQLAMA
“Sərnişin sayından asılı olaraq, dezinfeksiya işlərinin sayı artırılır”.
Oxu.Az xəbər verir ki, bu barədə “Bakı Metropoliten” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Xəzər TV”nin efirində yayımlanan “Xəzər Səhər” proqramında qonaq olarkən deyib.
O bildirib ki, metroda dezinfeksiya işləri gündəlik olaraq həyata keçirilir:
“Dezinfeksiya işləri stansiyalarda və qatarlarda fərqli qrafiklə aparılır. Belə ki, metropolitenin bütün stansiyaları gün ərzində üç dəfə dezinfeksiya olunur. Sərnişin axını və digər tələblərdən asılı olaraq, bu işlər gün ərzində 6-8 dəfəyə qədər artırıla bilir. İnsanların təmas etdiyi bütün oturacaqlar, eskalatorlar tam şəkildə dezinfeksiyaedici məhlullarla yuyulur.
Qatarların dezinfeksiya işləri fərqli aparılır. Qatar depoya göndərilənə qədər qapıları açıq saxlanılaraq havalandırılır. Depoda qataların içərisi dezinfeksiya edilir. Daha sonra isə qatara zəruri baxış keçirilir. Bütün işlər tamamlandıqdan sonra qatarlar tam saz vəziyyətdə yenidən xəttə buraxılır”.
Könül Cəfərli
Rəylər