Bu gün “Bakı Metropoliteni” QSC-nin “Elmlər Akademiyası” stansiyasında təşviş yaşanıb.
Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, təşvişə səbəb “Elmlər Akademiyası” stansiyasının eskalatorunun işləməməsi olub.
Stansiyadan sərnişinləri çıxarmaq üçün nəzərdə tutulan eskalator yarım saat dayanıb.
Nəticədə 2000 mindən çox şəhər sakini stansiyanı tərk edə bilməyib və bu da sərnişinlər arasında ciddi narahatlıq yaradıb.
“Bakı Metropoliteni” QSC-dən təsdiq ediblər ki, sözügedən problem eskalatorda baş vermiş nasazlıq nəticəsində olub.
Saat 09.05-də “Elmlər Akademiyası” stansiyasında eskalatorda yaranan problem öz həllini tapıb, metronun giriş-çıxış hissəsində yaranan nasazlıq aradan qaldırılıb.