Bakı metrosunda ölən şəxsin kimliyi müəyyənləşdirilib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayev Oxu.Az-a bildirib ki, dünyasını dəyişən şəxs 1947-ci il təvəllüdlü, Bakı sakini, həkim Həsənov Emin Hüseynağa oğludur.
Nəsimi Paşayevin sözlərinə görə, ilkin ehtimala görə o, ürəktutmasından rəhmətə gedib.
10:33
Bakı metrosunda ölüm hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə bu gün səhər saat 09.30 radələrində Bakı Metropoliteninin “Qara Qarayev” stansiyasında qeydə alınıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayev Oxu.Az-a bildirib ki, hazırda polislər araşdırma aparırlar.
“Yaşlı bir kişi platformada olan zaman özünü pis hiss etdiyi üçün təcilli tibbi yardım çağırılıb. Lakin həkimlər gələnədək o dünyasını dəyişib”.
E.Ə.
www.oxu.az