Dünən metronun “Elmlər Akademiyası” stansiyasında qəribə hadisə yaşanıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, iki yaşlı qadın metronun eskalatorunda əlbəyaxa davaya çıxıb.
Davaya səbəb isə eskalatorda birinin digərinə toxunması olub. Təxminən 65-70 yaşlarında olan qadınlar əlbəyaxa olmaqla yanaşı, həm də bir-birini söyüşlərlə təhqir ediblər.
Saat 21:00 radələrində baş verən qəribə davaya metropolitenin qadın əməkdaşının müdaxiləsi çətinliklə son qoyub.