Bu gün Bakı metrosunda hamilə qadının halı pisləşib.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, “Gənclik” metrostansiyasında təxminən 25-30 yaşlarında hamilə xanımın halı pisləşib.
SOS məntəqəsinin yanında yerə yıxılan qadının ətrafına xeyli insan toplaşıb, qadınlar onu qəzet yelləyərək özünə gətirməyə çalışıblar. Bələdçi israrla sərnişinlərdən onun ətrafına toplaşmamağı xahiş edib.
3 polis nəfəri yaxınlaşıb və xanımın yanındakı gənc onların müşayiəti ilə qadını keçmiş “Gənclik” mehmanxanasına tərəf çıxışa aparıb.
Bələdçinin dediyinə görə, qadının halı vaqonda pisləşib, çox güman ki, havasızlıqdan belə olub.