Türkiyədə seçki günü doğulan əkizlərə Ərdoğanın adı verilib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, prezident seçkisi zamanı əkiz uşaqları dünyaya gələn cütlüklərin uşaqlarına prezident seçilən Rəcəb Tayyib Ərdoğanın adı verilib.
Şanlıurfanın Ceylanpınar mahalında prezident seçkilərində seçki məntəqəsində çalışan Yusuf Aldırmaz telefon zəngindən sonra nəfəsini xəstəxanada alıb.
Xəstəxanaya gələn Yusuf Aldırmaz, hamilə olan həyat yoldaşının əkiz uşağı olduğunu öyrənib.
İki oğlan uşağı olan Yusuf və Əminə Aldırmaz cütlükləri uşaqlarına Tayyib və Ərdoğan adını verib.
Yusuf Aldırmaz “Mən prezident seçkisi günü məntəqədə işləyirdim. O vaxt yoldaşımın sancıları artdığından onu xəstəxanaya aparmışdılar. Daha sonra mənə gələn bir telefonla əkiz uşağımın olduğu müjdəsini verdilər. Mən də səs bitmə əməliyyatlarından sonra xəstəxanaya yoldaşımın yanına getdim. Əkiz uşaqlarıma prezidentimizin adını verdik” sözlərini deyib.
Qeyd edək ki, sağlamlıq vəziyyətləri yaxşı olduqları öyrənilən əkiz körpələr bir günlük nəzarətdən sonra evə buraxılıb.

