Bakı metrosunda bədbəxt hadisə baş verib.
Oxu.Az-ın Daxili İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, hadisə oktyabrın 31-də baş verib.
Nazirlikdən verilən məlumata əsasən, metronun Əhmədli stansiyasında Ramiz İsmayılov adlı şəxs qatar xəttinə, relslərin üstünə yıxılıb.
Bakı şəhər sakini, I qrup gözdən əlil olan sərnişin polis əməkdaşları tərəfindən xilas edilib.