Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakı metrosunda vaqonun tavanından su axmasının SƏBƏBİ BİLİNDİ
"İlkin araşdırmaya görə, yuma prosesində vaqonun ban hissəsindəki qovşaqlarda su qalığı formalaşıb. Su qalıqlarının drenaj sistemi ilə xaric olunması isə tam baş tutmayıb".
Bu sözləri Oxu.Az-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, qısa müddətdən sonra axıntının dayanması müşahidə edilib:
"Yaşıl xətdə 44 saylı marşrut üzrə hərəkət edən qatar saat 12:00-da "Nərimanov" elektrik deposunun qataryuma sahəsində plana uyğun qaydada su şırnağı ilə təmizləndikdən sonra texniki baxış keçirilərək, xəttə buraxılıb. Həmin qatarın sərnişin salonunun tavan hissəsindən axıntı barədə məlumat daxil olub. Dərhal müvafiq texniki araşdırmaya başlanılması barədə göstəriş verilib. Qısa müddətdən sonra axıntının dayanması müşahidə edilib. İlkin araşdırmaya görə, yuma prosesində vaqonun ban hissəsindəki qovşaqlarda su qalığı formalaşıb. Su qalıqlarının drenaj sistemi ilə xaric olunması isə tam baş tutmayıb. Bununla belə, texniki araşdırmanın elektrik deposu şəraitində davam etdirilməsi qərara alınıb. Qatar hərəkət qrafiki pozulmadan və interval qorunmaqla xətdən çıxarılıb, əvəzinə xəttə qatar verilib".
Bakı Metropolitenində qatarlardan birində su sızması baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə görüntülər Baku.ws-in qaynar xəttinə daxil olub.
Bildirilib ki, bu gün saat 14:30-da metronun "Dərnəgül" stansiyası istiqamətində hərəkət edən qatarlardan birində müşahidə kamerasından vaqona su tökülməyə başlayıb. Axan su sərnişinləri narahat edib.
Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.
Sözügedən görüntüləri təqdim edirik:
Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, sözügedən məsələ dərhal nəzarətə götürülüb.
O qeyd edib ki, operativ tədbirlər üçün müvafiq tapşırıq verilib:
"İctimaiyyətə bununla bağlı əlavə məlumat təqdim olunacaq".
Aygün Mirakif
"Bakı Metropoliteni QSC" teqi üzrə xəbərlər
- Yeni inşa olunacaq metro stansiyaları ilə bağlı açıqlama
- Bəxtiyar Məmmədov: "Həzi Aslanov" stansiyasının dalanı təmir üçün hazır vəziyyətə gətirilib"
- Bakı metrosunun sərnişindaşımanın maya dəyərini süni şəkildə artırdığı üzə çıxıb
- Bakı metrosunun iş qrafikində dəyişiklik ediləcək
- Yeni sədr: "Metrodan daim istifadə edəcəyəm"
Rəylər