Bakı metrosunda ölüm hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Bakı Metropoliteninin Memar Əcəmi stansiyasında qeydə alınıb.
Bakı şəhər sakini, 1947-ci il təvəllüdlü Məhbubə Nəsirova qəfildən dünyasını dəyişib. İlkin məlumata görə, M. Nəsirova ürək çatışmazlığından dünyasını dəyişib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.