Bu gün səhər saatlarında metronun “Koroğlu” stansiyasında həyəcanlı anlar yaşanıb.
Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, 12-13 yaşlarında oğlan qatar relslərinin arasına düşüb. İnsanları təşvişə salan əsas məsələ isə həmin vaxt qatarın stansiyaya daxil olması olub. Lakin xoşbəxtlikdən maşinist qatarı saxlaya bilib.
Bundan sonra stansiyada xidmət aparan polis və metro əməkdaşları uşağı relslərin arasından çıxarıblar.
Uşaq huşunu itirmiş vəziyyətdə tibb məntəqəsinə aparılıb. Onu da qeyd edək ki, uşaq valideynlərinin gözü qarşısında qatar relslərinin üzərinə yıxılıb.