Bu gün səhər saat 7.00 radələrində Bakının mərkəzində yanğın olub.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhər üzrə Təhsil İdarəsinin Mərkəzləşdirilmiş Mühasibatlığının Qaradağ, Yasamal, Səbail rayonları üzrə xidmət bölməsinin binasında baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə heyətləri tərəfindən söndürülüb.
FHN-dən verilən məlumata görə, ilkin ehtimal, elektrik naqillərindəki qısaqapanma nəticəsində yanğın baş verib.
Yanğında xəsarət alanlar yoxdur.