Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakı metrosunun bir xəttində ancaq YENİ NƏSİL qatarlar olacaq - RƏSMİ
"2025-2026-cı illərdə "Bakı Metropoliteni" QSC-yə 30 vaqonun (6 qatar tərkibi) alınması nəzərdə tutulub".
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətindən bildirilib.
Məlumatda qeyd olunub ki, istehsalçı müəssisə ilə razılaşmaya əsasən, 2025-ci il ərzində 30 yeni nəsil vaqonu alınaraq Bakı metropoliteninə gətiriləcək və tam komplektləşdirmə aparılaraq xətlərə buraxılması istiqamətində tədbirlər görüləcək:
"Xətlər ayrıldıqdan sonra "yaşıl" xətdə ancaq yeni nəsil qatarlar hərəkət edəcək. "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na əsasən, bu dövrdə istismar müddətini başa vurmuş vaqonların əvəzlənməsi və 299 yeni vaqonun alınması planlaşdırılır".
Məhərrəm Əliyev
"Bakı Metropoliteni QSC" teqi üzrə xəbərlər
- "28 May" stansiyasında tələbə qatar yoluna düşdü
- Metroda azyaşlıya qarşı əxlaqsızlıq edən şəxs həbs edildi
- Vüsal Aslanov Aparat rəhbərini işdən çıxardı
- Pik saatda qəpiksiz metro: "BakıKart" aparatında ödəmə girişi NİYƏ daraldılıb?
- "Bakı Metropoliteni"ndə zərərin örtülməsi üçün 50 milyon manat vəsait xərclənib