Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Yasamalda işıqforların işi tam BƏRPA OLUNUB
"Sözügedən istiqamətdə işıqforların işi tam bərpa olunub."
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) sektor müdiri Ömər Xıdırov açıqlama verib.
O qeyd edib ki, işıqforların işləməməsinə səbəb qurğunun özündə yaranan problem yox, ərazidə elektrik enerjisinin kəsilməsi olub.
"Qısa müddət ərzində aidiyyəti dövlət qurumu tərəfindən elektrik enerjisinin verilişi bərpa olunub. Hazırda yol hərəkəti iştirakçıları təhlükəsiz şəkildə yoldan istifadə edirlər", - deyə Ö.Xıdırov bildirib.
Yasamal rayonunda bir neçə istiqamətdə işıqforların işində problem yaranıb.
Bu barədə Oxu.Az-a məlumat verilib.
Qeyd olunub ki, H.Zərdabi küçəsi ilə Akim Abbasov küçələrinin kəsişməsində, Musabəyov parkının ətrafında və üzü Qələbə dairəsi istiqamətində olan işıqforlar işləmir.
"İşıqforların işləməməsi piyadaların yolu keçməsinə əngəl yaratmaqla yanaşı, nəqliyyat vasitələrinin də hərəkətinə təhlükə yaradır",- deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
"İşıqfor problemi" teqi üzrə xəbərlər
- Nəsimi rayonundakı işıqforlar NİYƏ işləməyib? - Rəsmi AÇIQLAMA
- "Qırmızı"da keçən avtomobil ağır qəza törətdi - Bakıdakı hadisənin ANBAAN VİDEOSU
- Bakının ən problemli dairələrindən biri: Sıxlıq, xaos və keçilməz yollar
- Bakıda yük avtomobili ağır qəza törətdi - ANBAAN VİDEO
- Bakıda yol-nəqliyyat hadisəsi olub - İşıqfor yararsız vəziyyətə düşüb