Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Elayın atası fəryad edir: "Anamın xəstəliyinə dözə bilmirdim, indi balam gözümün qabağında yox olur"
Elay Elxan qızı Cahandarova ağır xəstəliklə mübarizə aparır.
Bu barədə Oxu.Az-a onun atası Elxan Cahandarov məlumat verib.
O qeyd edib ki, 7 yaşlı övladı 2 yaşında olarkən xəstə olduğunu biliblər:
"Balam 4 ildən çoxdur ki, böyrək xərçəngi ilə mübarizə aparır. Onun 3 orqanı əməliyyatla çıxarılıb. Böyrəyinin biri, dalağı və ödü yoxdur. Özüm sürücü işləyirəm, yoldaşım isə evdar qadındır. Bizim Elaydan başqa bir övladımız da var. Anam isə ruhi xəstədir. Onun da müalicəsini aparıram. Artıq illərdir bu xəstəliklə mübarizə apardığımız üçün maddi olaraq tükənmişik. Xalqımdan xahiş edirəm, bizə dəstək olsunlar. Anamın xəstəliyinə dözə bilmirdim, indi balam gözümün qabağında yox olur. Elayın may ayındakı müalicəsi üçün 8 min manata ehtiyacımız var idi. Bu pulun 1 200 manatı əlimizdə var. Qalan məbləğ üçün bizə dəstək olun. Mənim balam da sağalıb məktəbə getsin".
Əlaqə nömrəsi: (050) 499-62-29.
ABB: 5522-0993-6847-7113.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Yaş yarımlıq körpənin atası: "Fəhləlik edirəm, gücüm çatmır balama kömək olum"
- Bütün bədəni yanan Fəridin dəstəyə ehtiyacı var
- Xərçəngdən əziyyət çəkən dörd yaşlı İbrahim: "Ana, kömək etsinlər, sağalım"
- Atası atıb gedib, anası evlərdə təmizlik işləri görür: 10 yaşlı Məryəm təcili əməliyyat olunmalıdır
- 21 yaşlı gəncin həyatda qalması üçün dəstəyə ehtiyacı var