Sumqayıt şəhərinin Sülh prospektində işıqforda yaranan nasazlıq aradan qaldırılıb.
Bu barədə Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqə bölməsinin rəisi Elvin Hacıyev məlumat verib.
O bildirib ki, sözügedən ünvanda yerləşən işıqforda qısaqapanma nəticəsində yaranmış problem aradan qaldırılıb:
"İşıqfora texniki baxış keçirilib və zəruri tədbirlər görülüb, hazırda tam işlək vəziyyətdədir".
Sumqayıtda işıqforun eyni anda həm qırmızı, həm də yaşıl işığının yanması sürücülər arasında çaşqınlığa və müzakirələrə səbəb olub.
Oxu.Az xəbər verir ki, Sülh prospektindəki işıqforda hərəkəti qadağan edən qırmızı və düzünə, sağa, eləcə də sola hərəkətə icazə verən yaşıl işıq eyni vaxtda yanır.
Sürücülərin bir qismi bunu cihazda yaranan texniki nasazlıq kimi qiymətləndirib.
Həmin görüntüləri təqdim edirik: