Qobustanda Oksford məktəbinin şagirdlərinin xəsarət alması ilə nəticələnən hadisənin təfərrüatları bəlli olub.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 13:00 radələrində baş verib və əraziyə təcili yardım briqadası çağırılıb.
Ərazidəki təcili tibbi yardım briqadasının işçiləri yaralanan şəxslərə ilkin tibbi yardım göstəriblər.
Faktla bağlı Qobustan rayon Prokurorluğunda araşdırma aparılır.
Hadisə nəticəsində dünyasını dəyişən 10 yaşlı Dəniz Qorcu Bakı Marionet Teatrının rəhbəri, tanınmış rejissor Tərlan Qorcunun qızıdır.
17:10
Bu dəqiqələrdə Oksford məktəblilərinin olduğu elektrokar ilə bədbəxt hadisənin baş verdiyi barədə xəbər yayılıb.
Məlumata görə hadisə Qobuland Əyləncə Mərkəzində baş verib.
Hadisənin şahidlərinin Oxu.Az-a verdikləri məlumata görə, şagirdlərdən birinin dayəsi elektrokarın sükanı arxasına keçib və onunla bərabər üç qız şagird maşına əyləşib. Döngədə müvazinəti saxlaya bilmədiyi üçün maşın aşıb.
Nəticədə 10 yaşlı Qorçu Dəniz Tərlan qızı hadisə yerində dünyasını dəyişib.
Məktəbin digər şagirdi - 12 yaşlı Hacızadə Ayla Rövşən qızı və məktəbin müəlliməsi, 1971-ci il təvəllüdlü Əziziova Aytən Faiq qızı müxtəlif bədən xəsarətləri ilə Qobustan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Məlumat yenilənəcək.
Foto: Azvizion.AZ
www.oxu.az