Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakı polisi qara niqabda “kişi” əli olan insanın kimliyini müəyyənləşdirdi - FOTO
Son bir neçə gündə “Facebook”da Bakının İzmir parkındakı skamyada oturan qara niqablı qadının fotosu paylaşılır.
Qadının qeyri-təbii dərəcədə kobud və iri əli şəbəkə istifadəçilərinin diqqəti çəkib. Fotoşəkildə üzü görünmədiyi üçün istifadəçilər onun hər hansı bir terror aktı törətmək niyyəti ilə qadın kimi maskalanmış kişi olduğunu iddia ediblər.
Vəziyyəti aydınlaşdırmaq və bütün şübhələrə son qoymaq üçün Oxu.Az-ın müxbiri hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb.
Məlum olub ki, Bakının Yasamal Rayon Polis İdarəsinin əməkdaşları dərhal sosial şəbəkədəki məlumatları cavablandırıblar. 17 oktyabrda hüquq-mühafizə orqanlarının əməkdaşları niqablı, “müəmmalı” şəxs tapıblar. O, həqiqətən qadın imiş - yaxınlıqda yaşayan Zaqatala sakinidir.
“Onunla danışdıq. Evlidir, bəzən axşamlar İzmir parkında gəzir. Qadının əlləri bədən quruluşuna uyğundur. Buna görə, üzünü dini geyimlə gizləyən kişi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil”, - deyə hüquq-mühafizə işçiləri bildirib.
Polis əməkdaşlarının sözlərinə görə, istənilən cinayətinin qarşısını almaq üçün gecə-gündüz ərazini və bütün şübhəli şəxsləri yoxlayırlar. Bununla belə, polis vətəndaşları diqqətli olmağa çağırır.
Ramella İbrahimxəlilova
Rəylər