Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakı-Qəbələ qatarına əlavə reyslər təyin edildi
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) qarşıdan gələn bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə 3 yanvar tarixində Bakıdan Qəbələyə və Qəbələdən Bakıya əlavə qatar reysləri təyin edib.
Oxu.Az xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.
Bildirilib ki, 30 dekabr tarixində də bu marşrut üzrə hər iki istiqamətə qatar reysləri təşkil ediləcək.
Eyni zamanda, 31 dekabrda Bakıdan Qəbələyə, 2 yanvarda isə əks istiqamətdə əlavə qatar hərəkətdə olacaq.
"Azərbaycan Dəmir Yolları QSC (ADY)" teqi üzrə xəbərlər
Ən çox oxunanlar