Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Müştərilərə ov quşlarından yeməklər verən restoran sahibləri CƏZALANDIRILDILAR
Masallıda qanunsuz ov faktları aşkarlanıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər nəticəsində R.Hüseynov və V.Eynullayevin Masallı rayonu ərazisində qanunsuz ov etdikləri müəyyən olunub. Həmin şəxslərdən bir ədəd "TOZ" markalı ov tüfəngi, bir ədəd "Kral Arms" markalı pnevmatik tüfəng və qanunsuz ovladıqları çöl quşları aşkarlanıb.
Bundan əlavə, keçirilən müvafiq tədbirlər zamanı Masallı rayonu ərazisində fəaliyyət göstərən iki restoranda ovlanması qadağan edilmiş çöl quşları aşkarlanıb. Hər iki restoran sahibinə təbiətə vurduqları ziyan ödətdirilib.
Faktlar üzrə araşdırma aparılır.
"Qanunsuz ov etmək" teqi üzrə xəbərlər
- "Qırmızı Kitab"a düşən çöl quşlarını ovlayan şəxslər saxlanılıblar
- Nazirlikdən əməkdaşının ceyranın başını kəsməsi xəbərinə REAKSİYA
- Azərbaycanda bələdiyyə sədri qanunsuz ova görə cərimələndi
- Astarada qanunsuz şəkildə çöl quşları ovlayanlar cərimələniblər
- Zərdabda qanunsuz ov etmək istəyən şəxslər saxlanılıblar