Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakı Təşəbbüs Qrupu İllik Hesabat təqdim edəcək
Bakı Təşəbbüs Qrupu (BTQ) kolonializm mövzusunun qloballığını və aktuallığını nəzərə alaraq, müstəmləkəçilikdən əziyyət çəkən ərazilərin cari çağırışları, sosial-iqtisadi və hüquqi problemlərini özündə əks etdirən İllik genişmiqyaslı Hesabat hazırlayıb.
"Report"un məlumatına görə, dekabrın 14-də BTQ-nin ofisində təqdimatı keçiriləcək hesabatın məqsədi mövzuya dair məlumatlılığı artırmaq, müzakirələrə start vermək və beynəlxalq ictimaiyyəti bu problemlərin həlli istiqamətində birgə fəaliyyətə təşviq etməkdir.
Bununla, BTQ müstəmləkəçiliyin təsirlərini azaltmaq və qlobal ədalətin təmin olunmasına töhfə verməyi hədəfləyir.
Hər il Dekolonizasiya günündə bu məsələ üzrə dünyadakı vəziyyəti əks etdirən yenilənmiş hesabatlar təqdim ediləcəkdir.
Hesabatların əhatə dairəsinə müstəmləkəçilikdən əziyyət çəkən ərazilərdə idxal və ixrac balansı, resurslardan istifadə, habelə iqtisadi siyasətlərin onların inkişafına təsiri tədqiq edilib. Resursların qeyri-bərabər bölgüsü bu ərazilərdə davamlı inkişafın qarşısını alan mühüm amillərdən biri olaraq qeyd olunub. Hesabatlarda yerli əhalinin həyat şəraiti, işsizlik səviyyəsi, təhsil və səhiyyə xidmətlərinə çıxış kimi sahələrdə rast gəlinən çatışmazlıqlar diqqət mərkəzində saxlanılıb.
Bununla yanaşı, diskriminasiya və hüquqi problemlər, yerli xalqların idarəetmədə məhdud iştirakı və hüquqlarının məhdudlaşdırılması məsələsi dərindən araşdırılıb.
Xatırladaq k, BMT Baş Assambleyası 1960-cı il dekabrın 14-də müstəmləkə altında olan xalqların öz müqəddəratını təyinetmə hüququnun təmin edilməsi məqsədilə "Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannamə"ni qəbul edib.
Bu, 1514 (XV) saylı qətnamə kimi tarixə düşmüş və müstəmləkəçiliyin ləğvi üçün vacib beynəlxalq hüquqi sənəddir. Həmin sənəddə müstəmləkəçilik sisteminin xalqların hüquqlarını məhdudlaşdırdığı və beynəlxalq sülh üçün ciddi təhlükə yaratdığı vurğulasa da, təəssüf ki, müstəmləkəçilik və onun doğurduğu ciddi fəsadlar hələ də qalmaqdadır.
"Bakı Təşəbbüs Qrupu (BTQ)" teqi üzrə xəbərlər
- Beynəlxalq Dekolonizasiya Cəbhəsi Prezident İlham Əliyevin Dəmir Yumruğunu özünə rəmz seçib
- BTQ-nin icraçı direktoru: "Fransanı əsassız ittihamları kənara qoymağa və əməkdaşlığa dəvət edirik"
- Ayxan Hacızadə: "Fransa XİN başçısının anti-Azərbaycan iddialarını qətiyyətlə rədd edirik"
- Yeni Kaledoniyada Fransanın müstəmləkələri olan ərazilərin ilk konqresi keçirilir
- BTQ: "Fransa dənizaşırı ərazilərinin unikal ekosisteminə ciddi ziyan vurub"