Bu gün axşam saatlarında Bakı-Quba- Rusiya Federasiyası dövlət sərhədi yolunda ölümlə nəticələnən yol qəzası baş verib.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, qəza magistralın 79-cu km qeydə alınıb. “Qazel” və "Schacman" markalı yük avtomobillərinin toqquşması nəticəsində 2 nəfər ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisinin istintaq idarəsi tərəfindən araşdırma aparılır.