Sözügedən qəza bu gün Bakı-Quba yolunun 63 kilometrliyində baş verib.
Bu barədə Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, sözügedən ərazidə “KamAZ” və “İsuzu“ markalı yük avtomobilləri toqquşub. Hadisə nəticəsində “İsuzu” yük avtomobilinin sürücüsü, Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Ağayev Elnur Eldar oğlu alın nahiyəsindən xəsarət alıb. Nəqliyyat vasitələrinə ciddi ziyan dəyib”.
“Əlavə olaraq onu da qeyd edək ki, sözügedən Bakı-Quba yolunun 63-cü km-də gün ərzində daha bir qəza qeydə alınıb. Yeddi nəqliyyat vasitəsinin iştirakı ilə baş verən zəncirvari qəzada ölən və yaralanan olmasa da, nəqliyyat vasitələrinə müxtəlif dərəcəli maddi ziyan dəyib”,-deyə idarədən bildirilib.
Qeyd edək ki, ötən gün Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin dəyişəcəyi ilə bağlı sürücülərə xəbərdarlıq edərək, avtomobil yollarında diqqətli olmağa çağırıb.
12:05
Bakı-Quba yolunda yol nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisənin videogörüntüləri sosial şəbəkələrdə yayılıb.
Belə ki, 90-JB-050 dövlət nömrə nişanlı yük maşını hərəkətdə olarkən digər nəqliyyat vasitəsinə çırpılıb. İlkin məlumata görə, hadisə dumanlı hava şəraiti səbəbindən baş verib.
Həmin qəzanın videogörüntülərini təqdim edirik: