Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakı-Quba yolunda baş verən ağır qəza ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakı-Quba yolunda baş verən avtomobil qəzası ilə bağlı açıqlama verib.
İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə bu gün saat 15 radələrində Bakı-Quba yolunun 75-ci kilometrliyində baş verib:
“Mitsubishi” markalı avtomobilinin sürücüsü idarəetməni itirib və aşıb. Nəticədə sürücü xəsarət alıb. Faktla bağlı araşdırma aparılır”.
17:08
Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə yolun Giləzi qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, iki avtomobil toqquşub. Qəza nəticəsində nəqliyyat vasitələrindən biri yolun hərəkət hissəsinə, digəri isə dərəyə aşıb.
Həmin görüntüləri təqdim edirik:
"Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)" teqi üzrə xəbərlər
- Narkotik vasitənin təsiri altında olan sürücü saxlanıldı
- Azərbaycanda bayram günlərində 12 yol-nəqliyyat hadisəsi olub
- Baş Dövlət Yol Polisi İdarəsindən sürücülərə XƏBƏRDARLIQ
- "İnsan bir neçə saniyə ərzində huşunu itirir" - BDYPİ-dən sürücülərə XƏBƏRDARLIQ
- Qaradağda külək TIR-ları çətin vəziyyətə saldı: QƏZA OLDU